İlin ən çox qazanan modeli seçildi - 22,5 milyon

İlin ən çox qazanan modeli seçildi -  22,5 milyon
1257 dəfə oxunub
  • A-
  • A
  • A+
"Forbes" dərgisi ilin ən çox qazananlarının siyahısını hazırlamağa davam edir. Bu dəfə jurnalda ən bahalı modeller açıqlanıb.

Axşam.az-ın məlumatına görə, Kendall Cenner bütün həmkarlarını geridə qoyaraq birinci olub. Onun qazancı 22,5 milyon dollar olub.

İkinci yeri isə Karli Kloss tutub və 13 milyon dollar qazanıb. Üçüncü və dördüncü yeri Kriss teyqen və Rozu Hantinqton-Uaytli tutub. Onların qazancı 11,5 milyon olub.

Jizel Byundhen və Kara Delevin 10 milyon qazancla beşinci və altıncı sırada olub. Cici Hadid isə il ərzində 9,5 milyon qazanıb. Bella Hadidin qazancı isə 8,5 milyon olub.

Coan Smolls da 8,5 milyon dollar gəlirlə siyahıda yer alıb. Dautsen Krez isə 8 milyon qazancla siyahıya sonuncu olsa da, daxil ola bilib.