Seda Sayanı təhqir edənə həbs cəzası verildi

Seda Sayanı təhqir edənə həbs cəzası verildi
1001 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl müğənni Seda Sayan sosial mediada təhqirə məruz qalmışdı.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, vəfat edən sahibkar Mehmet Tunanın qızı Deniz Tuna atasının ölümünə səbəb kimi Sedanı göstərmişdi. Belə ki, o, sosial mediada müğənniyə “Atamın qatili” sözlərini yazmışdı.

Bunun ardınca S.Sayan Denizi məhkəməyə verib və o, 1 il 2 ay həbs cəzası alıb.

Qeyd edək ki, Mehmet Tuna və Sedanın ortaq işlətdiyi məkanda baş verən gərginlik zamanı ikili məhkəməyə baş vurmuşdu. Bu ərəfədə isə Tuna vəfat etmişdi.