"Aygün Kazımova ilə Röya Ayxan aylar əvvəl bir məclisdə barışıb"

"Aygün Kazımova ilə Röya Ayxan aylar əvvəl bir məclisdə barışıb"
2051 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxanın illərdir davam edən küsülülüyü bitib.

Axşam.az-ın məlumatına görə, bu haqda 106.3 FM-in aparıcısı Kazım Sübhan verilişində deyib. 2018-ci ildə şou-biznesdə yaddaqalan hadisələri müzakirə edən aparıcı müğənnilərin aylar əvvəl məclislərdən birində bir araya gəldiyini söyləyib:

"Hamı elə bilir ki, Aygün Kazımova ilə Röya Ayxan arasındakı söyuq münasibət indi düzəlməyə başlayır. Amma yox, onlar aylar əvvəl barışıblar. Bir məclisdə yer alan müğənnilər çox normal qaydada salamlaşıb, görüşüblər. Daha sonra isə eyni masa arxasında oturublar. Onlar belə məclislərdə tez-tez bir araya gəlir və görüşürlər".

Qeyd edək ki, Röya Kazımova "Altın kelebek" mükafatı alan zaman onu təbrik etmişdi.