"Zeki Müren və Müzeyyen Senar nə yaxşı ölüb"

"Zeki Müren və Müzeyyen Senar nə yaxşı ölüb"
1510 dəfə oxunub
  • A-
  • A
  • A+

Bülent Ersoy açılış mərasimlərindən birində yeni imici ilə hər kəsi təəccübləndirib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, saçlarını boyayıb, kül rəngində edən Bülent səhnəyə çıxaraq mahnılar oxuyub.

Ersoy yenə də fərqli makiyaj edib, bahalı zinət əşyaları taxıb. müğənni yeni ifaçılardan gileylənərək "Zeki Müren və Müzeyyen Senar nə yaxşı ölüb. Çünki bu çirkli səsləri eşitsəydilər, utanmaqdan öləcəklərdi. Mən ölmürəm, yəqin səbrim var. Bizim vaxtımızda studiyaya girib, mahnı oxuyub, nə idisə o cür də çıxılırdı. İndi səslə oynayırlar" deyib.

Diva daha sonra "Gerçəkləri son dərəcə realist olaraq deməliyik. Mənim həyatım birdəfəlik deyil. Miladdan əvvəlim və sonram var. Kim oynayacaq mənim obrazımı? Əslində özüm canlandıra bilərəm. Amma 48 ili təkrara yaşamaq məni yorar" sözlərini söyləyərək, özü haqqında film çəkilməsini istəmədiyini bildirib.