Musiqili Teatrın həftəsonu repertuarı

Musiqili Teatrın həftəsonu repertuarı
232 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.

Sənət ocağının mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, teatrın səhnəsində dekabrın 15-i saat 12:00 və saat 19:00-da “Ər və arvad”, 16-da saat 19:00-da isə “999-cu gecə” tamaşaları izləniləcək.

Balaca tamaşaçılar dekabrın 16-sı saat 11:30-da “Qoğalın macəraları” və 14:00-da isə “Yatmış gözəl və cırtdanlar” musiqili əyləncəli nağıl tamaşalarını göstərəcək.

Tamaşalarda Xalq artistləri İlham Namiq Kamal, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə Orucova, Boris Qrafkin, Svetlana Bulax, Əkbər Əlizadə, Nəsibə Eldarova, Şövqü Hüseynov, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salmanova, Elçin İmanov, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov və başqaları iştirak edəcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.