"Bu oyunda nə xanımlıq qalır, nə cənablıq" - Vasif

"Bu oyunda nə xanımlıq qalır, nə cənablıq" -  Vasif
1135 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Vasif Məhərrəmli "Maşın" şounun iştirakçıları haqda gözlənilməz açıqlama verib.

Axşam.az-ın məlumatına görə, oyunun açılış gecəsinə qatılan müğənni bu dəfə də xalq artisti, layihənin rəhbəri Murad dadaşovdan dəvət aldığını bildirib:

"Mən də neçə dəfə dəvət olunmuşam. Hətta bu dəfə şəxsən Murad Dadaşov özü zəng vurub dəvət edib. İşim olduğu üçün gələ bilmədim. Əgər işim olmasaydı, gəlib iştirak edəcəkdim.

"Maşın"da hər zaman xanımlar və cənablar var. Təəssüf ki, oyun başlayandan üç gün sonra nə xanımlarda xanımlıq, nə cənablarda cənablıq qalır".