3 il əvvəl boşansalar da, Yeni ildə birlikdə olacaqlar - Fotolar

3 il əvvəl boşansalar da, Yeni ildə birlikdə olacaqlar - Fotolar
2105 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Çağla Şikel ticarət mərkəzlərindən birində alış-veriş edərkən görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model çıxışda jurnalistlərin suallarını cavablayıb. O, "Yeni illə bağlı planınız varmı? Bayramı harada, kiminlə keçirəcksiniz?" sualına belə cavab verib:

"Bəli, artıq planlamışıq. 31 dekabr anam, bacım, oğullarım Uzay və Kuzey ilə birlikdə Yeni ilə Kapadokyada vida edəcəyik. Emre də bir günlük də olsa bizim yanımıza gələcək".

Qeyd edək ki, Çağla ilə Emre 2008-ci ildə ailə qurub. 2015-ci ildə boşanan cütlüyün iki oğlu var.