Məşhur cütlük 10 gün əvvəl gizli boşanıb

Məşhur cütlük 10 gün əvvəl gizli boşanıb
1137 dəfə oxunub
  • A-
  • A
  • A+

Belçim Bilgin ilə 2006-cı ildə evlənən Yılmaz Erdoğan 10 gün əvvəl boşanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, 12 illik evliliyə cütlük son qoyub. Esra Erol və Ali Özbir cütlüyü ilə balıq evində bir araya gələn Erdoğan ayrıldığını açıqlayıb.

Restorandan çıxandan sonra sualları cavablandıran Yılmaz “Belçim xanımla boşanmağınız doğrudur” sualına “Xəbər doğrudur” cavabını verib.

Yılmaz daha sonra “Çox sevgi, hörmət dolu, əl-ələ girib, qol-qola çıxdığımız bir məhkəmə oldu. Siz xəbəri öyrənməkdə gecikmisiniz. 10 gün əvvəl olub. Mən də nə vaxt soruşacağınızı gözləyirdim” sözlərini deyib.

Qeyd edək ki, keçmiş cütlüyün Rodin adında bir oğlan övladı var.