Tanınmış müğənninin tavanı çökdü - Fotolar

Tanınmış müğənninin tavanı çökdü - Fotolar
1340 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Kuşum Aydının 2,5 milyon dəyərindəki evinin tavanı çöküb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağan yağışdan sonra evinin tavanı çökən Aydın qorxunc anları "2-ci Səhifə" verilişinə danışıb:

"Dostlar, bu zarafat deyil. Yağışların başıma belə bir fəlakət gətirəcəyini bilirdim. Amma mənə "Rahat ol, heç nə olmaz" dedilər. Mən nəzərə inanıram. O biri villada da eyni halları yaşamışdım. Evdə ən vacib olan şey, bir təməli, bir də elektriki düzgün olsun. Bunlardan çox qorxuram. Amma buradan köçmək fikrim yoxdur. Çünki özümü burada çox xoşbəxt hiss edirəm".