Acunla Şeymanın bu hərəkəti izləyiciləri çaş-baş saldı - Fotolar

Acunla Şeymanın bu hərəkəti izləyiciləri çaş-baş saldı - Fotolar
7309 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən il ailə quran və ötən ay ayrılan Şeyma Subaşı və Acun Ilıcalı İnstaqram hesablarından bir-birilərinin şəkillərini silməyiblər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 9 illik münasibətləri ərzində tez-tez fotolarını sosial mediada paylaşan cütlüyün həmin anları səhifələrindən silməmələri izləyicilərin diqqətindən qaçmayıb.

Sosial şəbəkə istifadəçilərin bəzisi şəkillərin altına “Neçə vaxtdır gözləyirik, niyə silmirsiniz” kimi suallar da yazıblar.
Qeyd edək ki, noyabrın 26-da 8 dəqiqədə Şeymadan boşanan Acun ayrılıqları barədə belə demişdi:

"Hər evlilikə boşanmalar var. Biz də Şeyma ilə evliliyimizi qurtarmağa çalışdıq. Bir neçə dəfə söhbət etdik. Amma olmadı. Sevərək evlənmişdik, hörmətlə ayrılırıq”.