Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edilib

Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edilib
393 dəfə oxunub
  • A-
  • A
  • A+

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edilib.

Kino Mərkəzindən Axşam.az-a bildirilib ki, bu gün ulu öndər Heydər Əliyevin həyat yolundan bəhs edən “Əbədiyyət yolu” qısametrajlı sənədli filminin nümayişi keçiriləcək. Film, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında lentə alınıb. Ekran əsərinin rejissoru İqbal Məmmədəliyevdir. Film seansları 12:50 və 16: 40-da keçiriləcək.

Seanslara giriş sərbəstdir.