Rüzgar Erkoçlar ata olacaq? - Fotolar

Rüzgar Erkoçlar ata olacaq? - Fotolar
3066 dəfə oxunub
  • A-
  • A
  • A+
Cinsiyyətini dəyişərək ailə quran aktyor Rüzgar Erkoçlar və xanımı Tuğba Beyzaoğlu son olaraq "Altın kelebek" mükafatlandırma mərasimində görüntüləniblər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecədə Tuğbanın xeyli çəki alması diqqətdən qaçmayıb.

Beyzaoğlunun kökəlməsi ağıllara "Yoxsa, Rüzgar ata olmağa hazırlaşır" sualını gətirib.

Cütlük hələ ki, bu barədə heç bir açıqlama verməyib.

Qeyd edək ki, Erkoçlar 2013-cü ildə cinsiyyətini dəyişib. O, Tuğba ilə ötən il ailə qurub.