“Mükafat alanda utanmadız?” deyən izləyiciyə aktrisadan sərt cavab

“Mükafat alanda utanmadız?” deyən izləyiciyə aktrisadan sərt cavab
7115 dəfə oxunub
  • A-
  • A
  • A+
“Altın kelebek” mükafatlandırma mərasimi sona çatsa da, amma gecədə iştirak edən məşhurlar ətrafında söz-söhbət bitmək bilmir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “ən yaxşı komediya serialı qadın aktrisa” nominasiyası üzrə mükafat alan Pınar Altuğ sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

İzləyicilərdən birinin “Hansı aktrisalıq, hansı bacarıq? Mükafatı alanda utanmadın?” yazması isə Pınarı özündən çıxarıb. O, həmin izləyiciyə sərt cavab verib:

“Utanmaq? 17 ildir bəyənsəniz də, bəyənməsəniz də, Türkiyənin ən qiymətli seriallarından, hətta əfsanəsində rol alıram, bununla da qürur duyuram!”.