Hamilə Meqanın qəfil səhnəyə gəlişi hamını təəccübləndirdi - Fotolar

Hamilə Meqanın qəfil səhnəyə gəlişi hamını təəccübləndirdi -  Fotolar
2084 dəfə oxunub
  • A-
  • A
  • A+

"Fashion Awards 2018" mükafatlandırma gecəsində bütün diqqətlər şahzadə Harrinin aktrisa həyat yoldaşı Meqan Markla yönəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Londonda keçirilən gecədə hamilə Meqan qəfildən səhnəyə çıxıb. O, səhnəyə dizayner kler Ueyt Kellerin mükafatını vermək üçün çıxıb. Sözügedən dizayner onun gəlinlik libasını hazırlayıb.

"Givenchy"nin kreativ-direktorunun reaksiyası ilə hər kəsi təəccübləndirib. Çünki o da Meqanı gecədə görməyi gözləmirdi.

"Burada olmaq mənim üçün böyük şərəfdir. Yeni evim olan Britaniyada sevimli dizaynerimə mükafat verəcəm" deyə, şahzadənin arvadı bildirib.

"Fashion Awards 2018" gecəsi üçün hersoginya "Givenchy"dən libas, "Tamara Mellon"dan ayaqqabı, "Pippa Small"dan qolbaq seçib.