Qocalmamaq indi öz əlinizdədir

Qocalmamaq indi öz əlinizdədir
1834 dəfə oxunub
  • A-
  • A
  • A+
Qocalmağı gecikdirmək və gənc görünmək öz əlimizdədir. Bunun üçün xüsusi eleksirə, proseslərə heç bir gərək yoxdur. Bəs nə etmək lazımdır?

Axşam.az xarici mediaya istinadən bu barədə məlumat verir:

1. Yaşınıza uyğun qidalanın. Əgər cavansınızsa, sizin zülala daha çox ehtiyacınız var. Yox əgər yaşınız 40-ı keçibsə, sizə bol meyvə və tərəvəz lazımdır. Bu yaşda siz beta-karotinlə zəngin qidalar yeməlisiniz. 50 yaşdan yuxarı olan adamların rasionunda kəsmik, süd və süd məhsulları üstünlük təşkil eləməlidir.

2. Duzdan az istifadə edin. Duz ürək-damar xəstəliklərinin, arterial təzyiq xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilir.

3. Bol su için. Çalışın, hər gün ən azı 2 litr su içəsiniz.

4. Sevdiyiniz işlə məşğul olun. Qazancınızın xoşunuza gələn işdən olmasına çalışın.

5. Sevib sevilməyə çalışın. Sevgi hissi insan orqanizminin cavan qalmasına səbəb olur.

6. Sevdiyiniz adamı tez-tez qucaqlayın. Mütəxəssisilər 20 saniyə ərzində sevdiyi adamla qucaqlaşanın qanında kortizol hormonunun artdığını söyləyirlər.

7. Günəşli gündə ən azı yarım saat piyada gəzin.

8. Soyuq su ilə yuyunun, üzünüzü yuduqdan sonra tez qurulamağa çalışmayın.

9. İdmanla məşğul olun.

10. Gün ərzində ən azı 10 min addım gəzin.

11. Özünüzü pis fikirlərdən, söz-sohbətdən uzaq tutun. Daima müsbət emosiyada olmağa çalışın.

12. Optimist olun, həmişə həyata gülümsəyin.

13. Əsəbləşməyin, çalışın əsəblərinizi qoruyun.

14. Paxıllıq etməyin.

15. Havada çox gəzin.