Yediyimiz və geyindiklərimizi bir saniye belə düşünmədən gətirən kimi şkaflara, soyuducuya qoyuruq. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər səhv yerlərə qoyduğumuz əşyaların daha tez xarab olduğunu söyləyirlər.
Fındıq - adətən şkafda saxlanılır. Lakin onların tez xarab olmaması və dadlı qalması üçün soyuducuda saxlanılması məsləhətdir.
Un - istifadə etdikdən sonra öz paketində saxlamayın, hava keçirməz qaba qoyun. Çünki paketdə saxladıqda bakteriyaların əmələ gəlməsinə səbəb olur.
Avokado - tez xarab olmaması üçün onu da soyuducuda saxlayın.
Yumurta - demək olar ki, hamı yumurtanı soyuducunun qapısında saxlayır. Amma mütəxəssislər bu yerin yumurtalar üçün düzgün seçilmədiyini söyləyirlər. Belə ki, soyuducunun qapısı tez-tez açılıb bağlandığı üçün temperatur da dəyişir. Bununla da yumurtanın keyfiyyəti aşağı düşür. Odur ki, yumurtanı eyni temperatur olan yerdə saxlamaq lazımdır.
Geyimlər - hamımız paltarlarımızı qarderobda saxlayırıq. Amma fəsillərə görə geyimlərin yerini də dəyişməliyik. Çünki paltarlarımızın da hava alması lazımdır.