Qızının qəzadan əvvəlki son videosunu yaydı

Qızının qəzadan əvvəlki son videosunu yaydı
2921 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Lyubov Uspenskayanın qızı Tatyana Plaksinanın Kosta-Riqada avtomobil qəzası keçirməsindən 2 ay ötüb.

Axşam.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ciddi xəsarət alan və beş dişi qırılan qızın müalicəsi hələ də davam edir. Həkim qızın sağalması üçün yarım il vaxt lazım olduğunu bildirib. 

Uspenskaya qızının qəzadan əvvəlki görüntüsünü yayımlayıb. "Övladdan şirin heç kim yoxdur bu həyatda. Hər bir ana məni başa düşər. Bizim övladlarımız ancaq bizi xoşbəxt edə bilər. Şükür, hər şey geridə qaldı" deyə, müğənni söyləyib.

Lyubov övladının səhhəti üçün külli miqdarda pul xərclədiyini də bildirib. Bunun üçün o, təxmini 8 milyon rubl ödəyib.