Şevval Sam “donuz qripi”nə yoluxub?

Şevval Sam “donuz qripi”nə yoluxub?
1798 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni-aktrisa Şevval Sam xəstəxanaya yerləşdirilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 2 gün əvvəl halsızlıq və yüksək qızdırma olduğu üçün xəstəxanaya gətirilən aktrisada İnfluenza virusu aşkarlanıb.

Ş.Samın meneceri onun səhhəti haqda açıqlamasında bu sözləri deyib:

“Xəstəxanaya yerləşdirdik. Halsız idi. İnfluenza A səviyyəsində olduğu deyildi. Ən gec bazar ertəsi evinə gedə biləcək”.

Müğənnidə ciddi problem olmadığı deyilsə də, onun “donuz qripi”nə yoluxduğu barədə də iddialar yayılıb. Bu barədə hələ ki, nə Şevval Samdan, nə də həkimindən açıqlama gəlib.

Qeyd edək ki, sözügedən virus burun, boğaz, bronxlar və ağciyərə təsir edən xəstəlikdir. A, B və C olmaqla üç tipi var. Bu virus xəstə insan öskürdükdən sonra yaxınlıqda olan insanlar nəfəs alan zaman yoluxur. Çirkli əllərdən də keçə bilir.