"Röyanı tapa bilmirəm" - Abbas gileyləndi

"Röyanı tapa bilmirəm" -  Abbas gileyləndi
1503 dəfə oxunub
  • A-
  • A
  • A+
"Görünüşümlə bağlı əziyyət çəkdim, yeni klip və mahnılar var. Buna görə də efirlərə çıxmıram. Yanvardan hamısını görəcəksiniz. Əvvəlcədən demirəm, maraqsız olacaq".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Abbas Bağırov "Show news" verilişində deyib. Müğənni həmkarı və dostu Röya Ayxanla küsməsindən danışıb. Abbas Röyanı tapmaqda çətinlik çəkməsindən gileylənib:

"Heç kimdən küsməmişəm və küsülü deyiləm. Öz işimlə məşğulam. Röyanın qolu qırıldısa, mən də qolum qırıldı. Onu ömür boyu tapa bilmirəm. Ancaq İnstaqramda yazışırıq. O qədər nömrəsi var ki... Röya qəzadan yaxşı qurtardı. Hamısı nəzərdir".