"Belə namussuzların üzü göstərilməlidir" - Elgiz Əkbər

"Belə namussuzların üzü göstərilməlidir" -  Elgiz Əkbər
3406 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin "Səhər-səhər" verilişində son günlər sosial şəbəkədə videosu yayılan başı qırxılan qadın müzakirə edilib.

Axşam.az-ın məlumatına görə, Aparıcı Elgiz Əkbər belə halların yayımlanmasının tərəfdarı olduğunu söyləyib:

"Allah heç kimin qapısına elə namussuz qismət etməsin. Qadın gedib kişinin papağını yerə vurmalıdır? Əvvəllər, qarşı olmuşam. Lakin indi deyirəm ki, onlar nümayiş olunmalı, üzləri göstərilməlidir. Abır-həyaları varsa belə etməzlər. Tərbiyəsizlər.

Bu yaxınlarda bir qadın kənddə əxlaqsızlıq etmişdi, oğlanı öldürdülər. Əxlaqsız, ləyaqətsiz qadının ucbatından kənddə neçə kişi öldü, neçəsi həbsxanaya düşdü. Belə olar?".