Gecə klubları ilə məşhur olan şəhərlər - Fotolar

Gecə klubları ilə məşhur olan şəhərlər - Fotolar
2568 dəfə oxunub
  • A-
  • A
  • A+
Turistlər adətən ölkələri gəzməyə çıxanda onlara ən maraqlı olan əylənməyə münasib yerlər tapa bilmələridir.

Axşam.az xarici KİV-ə istinadən əylənmək üçün gecə klubları ilə məşhur olan ölkələrin adlarını sadalayır:

Argentinanın paytaxtı Buenos-Ayres - gecə klubları ilə çox məşhurdur. Ən məşhur əylənmə məkanı isə "Niceto in Palermo"dur.



Almaniyanın paytaxtı Berlin - muzey, qeyri-adi məkanları ilə yanaşı gecə klubları ilə də məşhurdur. Ən tanınmış gecə klubu isə "Berghain"dir. Buraya həftə sonu girmək üçün şnslı olmalısınız, çünki çox basabas olur.



Dünyanın ən məşhur festivallarından biri olan "Rio Karnavalı"na ev sahibliyi edən Braziliyanın paytaxtı Rio-De-Janeyro eyni zamanda canlı bir gecə həyatına malikdir. "Copacabana" çimərliyi və "Leblon" ərazisi şəhərin ən maraqlı əyləncə mərkəzləridir. 



Amerikanın Nyu-Orleans şəhərində musiqi gündəlik həyatda əsas yer tutur. Burada "Fransız" adlı məhəllədə səhərə kimi insanlar rəqs edirlər.



İspaniyanın Barselona şəhəri - turistlər burada daha çox "Las Ramblas" adlı gecə klubunda əylənməyi sevirlər.



ABŞ-ın Las-Veqas şəhəri də öz gecə əyləncələri ilə tanınır. Orada "Caesars" ən məşhur klublardan hesab olunur.



Dünyanın ən çox ziyarət edilən şəhəri Nyu-York da insanları əyləndirəcək məkanlarla zəngindir.