Zaur Nanəni məhkəmə ilə hədələdi

Zaur Nanəni məhkəmə ilə hədələdi
6055 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcılar Nanə Ağamalıyeva ilə Zaur Nəbioğlu arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, Nanə "Şou ATV" verilişində müğənni Tacir Şahmalıoğlu ilə bağlı süjet hazırlayıb. Süjetdə Tacirin dənizdə boğulub ölən qardaşının məzarı üstündə ağlaması əks olunub. Məlum olub ki, bu görüntülər Z.Nəbioğlunun keçmiş ANS-də yayımlanan "A-dan Z-yə" verilişindən oğurlanıb. Proqramın adı və kanalın yazısının üstü bağlanılaraq, efirə verilib.

Z.Nəbioğlu saytımıza açıqlamasında bununla bağlı ATV rəhbərliyinə şikayət etdiyini söyləyib:

"Tacir Şahmalıoğlunun qardaşı dənizdə boğulanda xahiş etdim ki, sizi və onun ailəsini məzarın üstündə çəkək. Tacir buna çətinliklə razılıq verdi və bütün ailəni çəkə bildik. Proqramdan sonra görüntüləri "Youtube"də yerləşdirdik. Nanə Ağamalıyeva da oradan götürüb, loqonun üstünü bağlayıb və öz süjeti kimi təqdim edib. Həmin veriliş reytinqdə birinci olmuşdu, hətta Nanə özü də mənə zəng edərək, fikrini bildirmişdi. Nanə indi deyə bilməz ki, həmin proqramı tanımıram. O, mənim verilişim olduğunu gözəl bilir.

ATV kanalının rəhbərliyinə zəng edib, şikayətimi bildirdim. Dedilər ki, düzgün etməyib, çağırıb onunla bu haqda danışacağıq. Nanə bu kadrları götürəndə mənə zəng edib, xahiş etməli idi. Mənim üçün bu, oğurluqdur. Çünki mən layihə edəndə, ona balammış kimi baxıram".

Zaur Nanəni məhkəməyə verəcəyini də deyib:

"Əgər efirdə bununla bağlı açıqlama verib, üzr istəməsə, onu məhkəməyə verəcəm".

Zaur sözügedən proqramın dekabrın 16-dan etibarən "Olduğu kimi" adı ilə "Xəzər" telekanalında efirə gedəcəyini söyləyib.