Nisə Qasımova ilə Brilliant Dadaşova barışıb?

Nisə Qasımova ilə Brilliant Dadaşova barışıb?
906 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yaxşı zərgər dostlarımız var. Onlara deyəcəm. 200 qramdır. Üstünə də 52 min qaşlar qoyacam. O tacın gərək qaşı düşməsin. Onu nüfuzdan salmamalıyam. Sənət dostlarımızın Almazı var, Firuzəsi, Brilliantı var. Deyərlər ki, hamısını yığdı başına".

Axşam.az-ın məlumatına görə, bu sözləri "ATV maqazin onlarla"ya açıqlamasında xalq artisti Nisə Qasımova deyib. Sənətçi həmçinin xalq artisti Brilliant Dadaşova ilə olan küsülülüyü haqda da danışıb:

"Bəlkə qarşı tərəf də məndən nəsə gözləyib. Mənim çox gözəl bir ifadəm var. "Qamçını vur özünə, incitməsə, vur özgəsinə". Mən heç kimə qamçı vurmamışam. Heç kimlə artıq küsülü deyiləm. Olmayacam da.

Barışığa gələndə isə, yenə də deyirəm, heç kimlə küsülü deyiləm. Zamanla öz həll yolunu tapacaq. 5 faiz öz fikrim olurdusa, 95 faiz də beynimi korlayırdılar ki, sən deməlisən".

Qeyd edək ki, müğənnilər arasında qalmaqal "Geri verərmi" mahnısı üstündə yaşanmışdı.