Sahibi 20 min avronu yeyən keçini, baxın, neylədi

Sahibi 20 min avronu yeyən keçini, baxın, neylədi
4862 dəfə oxunub
  • A-
  • A
  • A+
Serbianın Arandelovak şəhərində maraqlı hadisə baş verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhər yaxınlığında yerləşən Ranilovik kəndində yaşayan Simik ailəsi 10 hektar torpaq almaq üçün 20 min avro (təxminən 38 500 AZN) yığıb. Satıcını gözləyən ailə pulları stolun üzərinə qoyub.

Bu zaman qayınana heyvanları otarmaq üçün çölə çıxıb və qapını açıq qoyub. Qapının açıq qaldığını görən Belka adlı keçi evə girib və stolun üstündəki pulları yeməyə başlayıb. Evin sahibi bunu gördükdə şok yaşayıb.

Məlumata görə, həmin gündən sonra evin sahibi danışa bilmir. Keçini isə əsəbindən kəsib.

Qeyd edək ki, keçi pulları yedikdən sonra stolun üzərində 20 min avrodan cəmi 300 avro (təxminən 580 AZN) qalıb.