Bu il "Kainat gözəli" transseksual qadın ola bilər - Fotolar

Bu il "Kainat gözəli" transseksual qadın ola bilər - Fotolar
1724 dəfə oxunub
  • A-
  • A
  • A+
Taylandın paytaxtı Bankokda dekabrın 17-si "Miss Universe" ("Kainat gözəli") gözəllik yarışması keçiriləcək.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, müsabiqədə iki transseksual iştirak edəcək ki, onlardan biri, ispaniyalı Angela Pons favorit kimi göstərilir. 

27 yaşlı model "Time" dərgisinə müsahibə verərkən bildirib ki, əgər tacı qazansa, sübut dəcək ki, transseksual qadınların da cəmiyyətdə yeri adi qadınlar qədərdir.

Angela 16 yaşında hormon müalicəyə başlayıb. 24 yaşında əməliyyat olunub. O, iyulda İspaniyada keçirilən gözəllik yarışmasında birinci yerə çıxıb.

Qeyd edək ki, "Miss Universe"də ikinci transseksual qadın Kolombiyadan olan Valeria Moralesdir.