Məşhur aktrisa zəhərləndi

Məşhur aktrisa zəhərləndi
1522 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə teatr və kinonun tanınmış siması olan Sumru Yavrucuk xəstəxanaya aparılıb.

Axşam.az "Posta"ya istinadən xəbər verir ki, 57 yaşlı aktrisa zəhərlənib. Belə ki, Sumru səhnə almaq üçün getdiyi Marmarisdə su əvəzinə bilməyərək Adblue (maşın üçün istifadə olunan kimyəvi su) içib.

Tamaşanın sonunda halı pisləşən Yavrucuğu dərhal xəstəxanaya aprıblar və mədəsini yuyublar. Hazırda aktrisanın vəziyyəti yaxşıdır. Onun sabah da tamaşada iştirak edəcəyi bildirilib.