Bir neçə gün əvvəl "Altın kelebek" mükafatına namizəd olan müğənnilərimizin iştirakı ilə konsert proqramı baş tutub. Gecədə xalq artisti Aygün Kazımova, müğənnilər Xatirə İslam, Roza Zərgərli, Günay İbrahimli, Səmra Rəhimli, Dilarə Kazımova və Aysel Əlizadə səhnəyə çıxaraq, mahnılar səsləndirib.

Axşam.az-ın məlumatına görə, müğənnilərimizin hamısının qara geyim seçməsi tənqid edilib. Sənətçilərin əksəriyyəti sanki "Qaraya bürün, el ilə sürün" ediblər. Gecədə tək fərqli rəngdə paltar seçən isə Günay olub.

Modelyer Elnarə Bəkirova qalmaqallı gecənin ulduzlarının geyimini şərh edib. İfaçıların seçimini bir də modelyerin dilindən görək:

Aygün Kazımovanın seçimi çox qəşəng idi. Son günlər arıqlayıb və geyindiyi bütün paltarlar ona yaraşır. Saç düzümü də sadə və gözəl idi. Sadəcə, geyindiyi paltar tərzi çox yayılıb. Hətta özü də bir gün əvvəlki konsertində o cür qısa libaslarla səhnəyə çıxmışdı.

Roza Zərgərli qara, sadə paltar seçib. Buna görə də düşünüb ki, stilini aksesuarla zənginləşdirsin. Amma abartıb. Bu qədər aksesuar yaxşı görünmür. Tərz olaraq da, seçimi doğru deyil.

Xatirə İslamın paltarı qəşəngdir. Amma bir az bədən ölçüsünə uyğun deyildi. Xatirə xanımın ayaqqabı seçimi də yanlış idi.

Aysel Əlizadənin geyimi super idi. Yaşına uyğun seçim edib. Amma belinə taxdığı kəmərin yeri yoxdur. Onsuz da Aysel incə xanımdır və gözəl görünür. Kəmər onu daha da sıxıb. Aksesuar seçimi, ayaqqabısı, saç və makiyajı çox əla idi.

Səmra Rəhimli niyə elə geyinib ki? Artıq özünə tərz yaradıb. Nə qədər açıq geyinsə də səs-küy yarada bilmir. İnsanlar artıq onu elə qəbul edib. Xarici müğənnilərə oxşayır. Həmin səhnəyə daha fərqli seçim etsəydi, bəlkə də hamını təəccübləndirərdi.

Dilarə Kazımova da qeyri-adi bir obraz yaratmayıb. Qara sadə paltarına uzun yarıq rəng qatıb. Bu gecədə xanımların hamısı sanki ayaqlarını açaraq, obraz yaratmağa çalışıblar.

Günay İbrahimli məsum obraz yaradıb. Saç, makiyaj və aksesuarlarını bəyəndim. Amma geyimi xoşuma gəlmədi. Üstündən atdığı anlaşılmır. Günay bircə ağ geyimi ilə seçilib.

Bəkirova ifaçıların qara rəng seçməsini də tənqid edib:

"Mən də başa düşmədim ki, niyə hamı qara geyinib? Bir konsertdə bütün ifaçılar qara rəngdə paltarla səhnəyə çıxıblar".
 
 
 
 
 
 
 
 
 
 


                 

Digər Xəbərlər