Müğənni Gülay Zeynallı "5/5" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal sənətçiyə bir müddət əvvəl dünyasını dəyişən atası haqda sual verib.

"63 yaşında rəhmətə getdi. Atam xəstə idi" deyən Gülay kövrəlib. O, valideynlərinin ayrı olduğunu söyləyib:

"Mən və iki bacım bacardığımızı etdik, övladlıq borcumuzu etdik. Atamın yadigarı olaraq 6 bibim və bir əmim qalıb. Atamla anam ayrılmışdı. Amma elə ürəyə sahib anam var ki, bizi ondan ayrı qoymayıb. Atam ikinci dəfə ailə qurmuşdu, amma uşaqları yox idi".



                 

Digər Xəbərlər