Qeyri-sabit hava neçə gün davam edəcək?

Qeyri-sabit hava neçə gün davam edəcək?
1044 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Axşam.az-a açıqlamasında bildirib ki, qeyri-sabit hava şəraiti dekabr ayının birinci ongünlüyünün sonunadək davam edəcək.

O bildirib ki, növbəti günlərdə ölkə ərazisində arabir yağış yağacağı gözlənilir: "Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq".

G.Məmmədova qeyd edib ki, havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir.