"Yaraşıqlı idi, istəyirdim onu yatağa salım" - 30 ildən sonra gələn etiraf

"Yaraşıqlı idi, istəyirdim onu yatağa salım" - 30 ildən sonra gələn etiraf
3031 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir vaxtların məşhur "İşləyən qız" ("Working girl") filminin ulduzu aktrisa Melani Qriffit açıqlaması ilə gündəm olub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 61 yaşlı aktrisa 1988-ci ildə çəkildiyi həmin ekran işində tərəf müqabili, 60 yaşlı aktyor Alek Baldvini yatağa salmaq üçün əlindən gələni edib.

Melani 30 ildən sonra Alek haqda bunları deyib:

"Filmdə sekretar rolunu oynayırdım. Alek də yaraşıqlı biri idi. Çox çalışdım onunla yatağa girim, amma o dedi ki, həmkarları ilə belə münasibətə girmir".

Qeyd edək ki, ilk evliliyini aktyor Don Consonla edən  Qriffit daha sonra Antonia Banderasla uzun illər evli olub və boşanıb. Alek isə Kim Basinger ilə evlənib boşandıqdan sonra 2012-ci ildən bu yana Hilaria Baldvinlə ailəlidir.