Demet Okanla barışma səbəbini açıqladı

Demet Okanla barışma səbəbini açıqladı
3822 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl həyat yoldaşı Okan Kurtdan borclarına görə boşanan müğənni Demet Akalın yenidən onunla bir araya gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı əri ilə barışma səbəbini açıqlayıb. O, bunu qızı üçün etdiyini deyib:

"2,5 yaşında mən atasız qaldım. Həyat mənim üçün həmişə əziyyətlə keçdi. Anama olan sevgimdən ona söz gəlməsin deyə həmişə qorxu içində olmuşam. Atasız keçən illərdə qonşu uşaqların evə ataları ilə gəldiyi görürdüm və bu mənə ağır gəlirdi. İndi Hiranı atasız qoymamaq üçün 2 aydır üzünü belə görmək istəmədiyim keçmiş ərimlə barışdığım üçün mənə nələr dedilər. Hiranın barışıq videosuna yalan deyənlər də oldu. Həmin sözü Hira namaz qılanda da demişdilər".

Qeyd edək ki, Okanla Demet 6 illik evliliyə sentyabrda son qoymuşdu.