Efirdə sevgilisini döydü - Video

Efirdə sevgilisini döydü -  Video
3401 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın məşhur "Dom 2" realiti-şousunda qalmaqal yaşanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Andrey Şabarin adlı iştirakçı digər qadın iştirakçı ilə dava edib. Bu dəfə onun xoşuna Rozali Raysonun etirafı gəlməyib. 

İkinci dəfə Rozaliyə əl qaldıran iştirakçı qəfildən ona hücum edib. Qızın saçlarından tutan Andrey onun başına yumruqlar vurub. Onun nə üçün belə hərəkət etdiyi hələ bəlli deyil. 

Dava zamanı onların yanında digər iştirakçı Valera Blyumenkrans da olub. O, Andreyi qızdan ayırmağa çalışıb. Andreylə Rozali bir müddət əvvəl nişanlanıb və toya hazırlaşır. Oğlanın davasından sonra telekanal rəhbərliyi onu verilişdən uzaqlaşdırıb. Rozali də sevgilisini bağışladığını deyərək, şoudan ayrılmaq qərarına gəlib.

Qeyd edək ki, Şaba bundan əvvəl də şouda davalar edib. O, keçmiş sevgilisi Nastyanı döymüşdü. Daha sonra isə Daşa adlı xanıma əl qaldırıb. Güclü zədə alan qız xəstəxanaya yerləşdirilmişdi.