Hamlet Qurbanovun xatirəsi yad olunub

Hamlet Qurbanovun xatirəsi yad olunub
352 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Teatr Xadimləri İttifaqında milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Gülxar Həsənovanın anadan olmasının 100, Əməkdar artist Hamlet Qurbanovun 80 illik yubileylərinə həsr edilmiş xatirə tədbiri keçirilib.

Axşam.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşıb.

Görkəmli sənət adamlarının, ziyalıların və sənətkarın doğmalarının qatıldıqları tədbirin iştirakçıları əvvəlcə Gülxar Həsənovanın və Hamlet Qurbanovun yaradıcılıq yoluna həsr edilmiş fotosərgi ilə tanış olublar.

Xalq artistləri Hacı İsmayılov, İlham Namiq Kamal, Ağakişi Kazımov, Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə və başqaları tədbirdə çıxış edərək sənətkarların həyat və yaradıcılığından söz açıb, mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıblar.

Tədbirdə G.Həsənovanın və H.Qurbanovun ifa etdikləri tamaşa və filmlərdən videogörüntülər nümayiş olunub.