Məşhur Bollivud ulduzu amerikalı müğənniyə ərə getdi

Məşhur Bollivud ulduzu amerikalı müğənniyə ərə getdi
2317 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Nik Conas Bollivud ulduzu Priyanka Çopra ilə evlənib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, dəbdəbəli toy Hindistanda baş tutub. “Umaid Bhawan” sarayında keçirilən toyda qonaqlara qadağa qoyulub. Belə ki, heç kim telefonla foto çəkə bilməyib. 

Bəy və gəlinin yaxınları gecədə sürpriz rəqs hazırlayıblar. Mərasimə “Game of Thrones” serialının ulduzu Sofia Törner da qatılıb.

Ötən may ayında nişanlanan Nik və Priyanka məclisdən fotoları daha sonra özləri yayıblar.