Nura psixi problemi olan kişiyə "aşiq oldu" - Video+Fotolar

Nura psixi problemi olan kişiyə "aşiq oldu" -  Video+Fotolar
2547 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nura Suri mətbuat konfransı keçirərək "Gitme" adlı mahnıya çəkdirdiyi yeni klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, media nümayəndələri ilə yanaşı, məşhurların da qonaq olduğu gecə paytaxt restoranlarından birində baş tutub. Nura klipindən söz açaraq çəkilişlərin iki gündə tamamlandığını bildirib:

"Mahnının sözləri Zülfi Bədəlova və mənə, musiqisi də mənə və Əvəz Muradova məxsusdur. Klip üçün beş ayrı kostyum tikdirdik və müxtəlif məkanlarda çəkilişlər etdik".

Konfrans zamanı bildirilib ki, klip üzərində 15 nəfərlik komanda çalışıb. "Gitme"ni gənc rejissor Nuran Məmmədov ərsəyə gətirib. Müğənninin stili üzərində isə Elnur Həsənov çalışıb.

Yataq səhnələrinin yer aldığı klipdə müğənni psixi problemi olan şəxsə aşiq olur.

Qeyd edək ki, kliplə eyni zamanda müğənni fotosessiya da etdirib. Fotoların müəllifləri isə Məhəbbət Nəsirov və Raj Stevendir.