Geyindiyi tranparan libası başına bəla oldu - Həbs oluna bilər

Geyindiyi tranparan libası başına bəla oldu - Həbs oluna bilər
4289 dəfə oxunub
  • A-
  • A
  • A+
Misirli aktrisa Rania Yusuf qatıldığı “Beynəlxalq Qahirə Film Festivalı”na transparan libas geyindiyi üçün məhkəməyə verilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı aktrisanı 5 ilədək həbs cəzası gözləyir.

Belə ki, ayaqları və ombası görünən Rania haqda bir qrup vəkil “Misir xalqını alçaltmaq və misirli qadınların adına ləkə” şikayəti ilə iddia qaldırıblar.

Bu iddia ilə Yusuf 12 yanvarda hakim qarşısına çıxacaq. Əgər onun haqda verilən şikayət qəbul olunarsa, onda aktrisa 5 il azadlıqdan məhrum oluna bilər.