Ölən oğlu ilə foto çəkdirdi

Ölən oğlu ilə foto çəkdirdi
3139 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur rusiyalı model və bloqqer Yana Yaskovskaya bir neçə gün əvvəl ölü doğulan oğlu ilə gündəmə gəlib.

Axşam.az-ın məlumatına görə, model ölü övladı ilə foto çəkdirib və onu İnstaqram səhifəsində yerləşdirib.

O, fotoya "İkinci dəfə ana oldum. Bizim göydə olan övladımızın anası oldum. Bunu paylaşmaqda məqsədim sizdən güc istəyirəm. Bizim dəyərli Saşanı səhər dünyaya gətirmişəm. Xəstəxanada yatmadım. Çünki övladım yaşamadı. Gözümdən yaş axır. nələr olduğunu yazacam" sözlərini yazıb.

Tənqidlərə məruz qalan yana şəkli paylaşma səbəbini açıqlayıb. O bildirib ki, övladı ilə yeganə şəkli olduğu üçün belə addım atıb:
 
"Bu, mənim unutmaq istədiyim an deyil. Bu, mənim qəlbimdəki övladımdır. Onu görməyi, danışmağı, qucaqlamağı çox istəyərdim. Amma olmadı. Tənqidlər isə mənim psixoloji vəziyyətimi daha da psiləşdirir".