Gənc pianoçuların Amerika uğuru - Fotolar

Gənc pianoçuların Amerika uğuru - Fotolar
505 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan fortepiano məktəbinin tanınmış nümayəndəsi və təbliğatçısı Pərvin Muradovanın təşkilatçılığı ilə görkəmli bəstəkar, xalq artisti Cövdət Hacıyevin xatirəsinə  həsr edilmiş gənc ifaçıların Florida KeysI Beynəlxalq musiqi müsabiqəsi keçirilib.

Axşam.az xəbər verir ki, müsabiqədə Azərbaycanı kiçik yaş qrupunda təmsil edən gənc pianoçu, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi fortepiano şöbəsinin V sinif şagirdi Alıyeva Münəvvər parlaq çıxışı ilə fərqlənərək münsiflər heyətinin qərarı ilə birinci yerə, məktəbin məzunu, Prezident təqaüdçüsü Cavid Yusifzadə isə professional yaş qrupunda müvəffəqiyyətlə çıxış edərək birinci yerə və münsiflər heyətinin qərarı ilə “Amerika bəstəkarı əsərinin ən yaxşı ifaçısı” adına layiq görülüb.

Hər iki istedadlı musiqiçi 17 noyabrda Nyu-Yorkda dünyanın mötəbər konsert zalları sırasında özünəməxsus yeri olan Karnegi hollda qaliblərin yekun konsertində uğurla çıxış edib.