Niyam küsülü olduğu Rəhim haqda: "Həmin insanlar qoymur birləşək"

Niyam küsülü olduğu Rəhim haqda: "Həmin insanlar qoymur birləşək"
1694 dəfə oxunub
  • A-
  • A
  • A+

"Azərbaycana gəlmişəm. Bir daha heç bir yerə getməyəcəyəm. Həmin yerlərə təyyarələrin də uçuşuna qadağa qoyulub (gülür). Hazırda işlərimin başındayam. Amma onu da etiraf edim ki, çox çətinliklərim oldu. Həmin çətinliklərin də vaxtı ağır aylara təsadüf etdi. İnsan odur ki, çətinliyə düşüb, özü-özünü oradan çıxarır. Qabağa gedən insan üçün yolları heç kim açmır. İşləməlisən, əzilməlisən və qazanmalısan. Bu günə özüm-özümü salmışdım. Adama deyərlər Bodrumda nə işin var idi? Nə ölümün var idi? Özüm istəyib getmişdim, heç kimdən şikayətim yoxdur".

Axşam.az xəbər verir ki, bunu Milli.az-a müsahibəsi zamanı Niyam Səlami deyib. Sənətçinin müsahibəsini təqdim edirik:

- Müğənni həmkarınız Samir Piriyevlə Bodrumda bir restoran işlədirdiniz. İşbirliyiniz bitəndən sonra aranızda böyük qalmaqal yarandı.

- Mənim heç kimə qarşı kinim yoxdur! Aramızdakı məsələnin bu qədər şişirdilməsinə səbəb maqazin proqramları oldu. Sənət adamları olmasa, maqazin verilişləri nəyə lazımdır? Bizim də problemimizi maqazin verilişləri gündəmə gətirdi. Hər ikimizin əsəbi, aqressiv vaxtına düşmüşdü. O, məndən xəbərsiz rahat danışdı, mən də ondan xəbərsiz.

- Bir araya gəlib bu məsələni müzakirə etdiniz?

- Əlbəttə! İndi mən yalnız sırf sənət işlərimlə məşğulam. Hələ ki, özümü biznesmen kimi sınamaq fikrində deyiləm. İş kollektivimi dəyişmişəm, yeni layihələr edirik. Ən əsası bilirəm ki, ətrafımda məni çox istəyən insanlar cəmlənib. Teleaparıcı Şaiq Ağayevlə işbirliyinə başlamışıq. Hər bir şeyi onlarla məsləhətləşib edirəm. Ötən ay 250 nəfərdən ibarət tamaşaçı zalında konsert verdim. Çox sevindim ki, tamaşaçılarım, sevənlərim məni tək qoymadı. Konsertimə 250 tamaşaçını yığmışamsa, demək ki, 500-1000 nəfəri də yığa bilərəm. Bundan əlavə "Karusel" adlı yeni mahnım və klipim, yeni fotosessiyam da hazırdır.

- Niyamı tamaşaçılar sevir?

- Əlbəttə ki, hər bir müğənninin sevənləri olduğu kimi mənim də sevənlərim var. Sənətçiyə yanaşma tərzi olmalıdır. Müğənniyə kimsə baş əyməlidir ki? Baş əyə bilər, səhnədə, sənətinin qarşısında. Mən həmişə deyirəm ki, mənə görə ağlamayın, mən də sizin kimi insanam da. İstəmirəm, kimsə desin ki, sənin dərdindən ölürəm. Vaxtilə kiminsə dərdindən mən də ölmüşəm, sonradan peşman olmuşam.

- Kimin üçün?

- O qədər adamlar olub ki...

- Söhbət sənət adamlarından gedir?

- Həm sənət, həm də adi insanlardan. Tanış olduqca görmüşəm ki, bunlar dərdindən ölünəcək insanlar deyil. Elə indinin özündə də peşmanam.

- Müğənnidən dost olur?

- Hər müğənni özü-özlüyündə bir şəxsiyyətdir. Müğənni həmkarı ilə təzyiq altında, ulduz kimi danışmamalıdır. Çox rahat olmalıdır, dost kimi danışmalıdır. Bir həftə, yaxud 10 gün sənə zəng etməyəndə küsmək lazım deyil! Mən heç küsmürəm! Müğənni ilə dost olmaq çox çətindir. Mən bunu bacarıram.

- Sizcə, estradamızın ulduz müğənnisi kimdir?

- Ulduz müğənnilərimiz çoxdur. Kiminsə adını çəkməsəm, məndən inciyər. Mən həmişə yaxşıya yaxşı, pisə pis deməyi bacarıram.

- Niyamın Samir Piriyevlə münasibəti yaxşıdır?

- Bəli. Hamı ilə - Rəhim Rəhimliyə qədər. Mənim heç kimlə düşmənçiliyim yoxdur. Bu yaxınlarda bir müsahibə vermişdim. Dostluqdan, vəfalılıqdan danışırdım. Söhbət yenə də fırlanıb gəldi Rəhimə. Dedim ki, mənim heç kimlə düşmən münasibətim yoxdur! Gördüm ki, kənardan mənə deyirlər ki, Rəhimlə də? Bəs, demişdiniz ki, Rəhimlə heç vaxt danışmayacaqsınız? O insanları da özümdən uzaqlaşdırdım. Bəlkə də həmin insanlar qoymur birləşək.

- Rəhimə bəlkə bizim vasitəmizlə çağırış edəsiz?

- Barışıqlar çağırışla olmur, ani dəqiqədə, səmimiyyətdən irəli gəlir. Mən dostluğa açığam.