Prezident İlham Əliyev Rusiya Böyük Teatrının azərbaycanlı solisti Elçin Əzizova “Xalq artisti” fəxri adını verib.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, sənətçiyə fəxri adının vəsiqəsini və döş nişanını Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdim edib. Mükafatlandırma mərasimi P.İ.Çaykovskinin “Pikovaya dama” əsərinin nümayişindən sonra Böyük Teatrın səhnəsində keçirilib.

Elçin Əzizov yaradıcılığıan verilən qiymətə görə prezident İlham Əliyevə və Polad Bülbüloğluna minnətdarlığını bildirib.



                 

Digər Xəbərlər