Müğənnilərin bu trendinə Elnarə də qoşuldu - Fotolar

Müğənnilərin bu trendinə Elnarə də qoşuldu -  Fotolar
2720 dəfə oxunub
  • A-
  • A
  • A+
Son günlər şou-biznes nümayəndələri arasında saçlarını bənövşəyi rəngə boyama trendi yayılıb.

Axşam.az-ın məlumatına görə, bu dəfə trendə müğənni Elnarə Xəlilova qoşulub. Hər zaman görünüşü ilə gündəmə gələn ifaçı indi də saçlarını dəyişib.

Elnarə yeni görünüşdə fotolarını İnstaqramda paylaşaraq "Mənim boya sevgim" şərhini yazıb. İzləyicilərin bir çoxu müğənniyə bu rəngin yaraşdığını yazıblar. Bəziləri isə görünüşünün yaxşı olmadığını qeyd ediblər.

Qeyd edək ki, bundan əvvəl saçlarını bənövşəyi rəngə aparıcı Hüsniyə Məhərrəmova, əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, aktrisa Cəmilə Tağızadə, müğənni Səidə Sultan, Natavan Həbibi də boyayıb.