Heyvanlara 100 min dollar bağışladı

Heyvanlara 100 min dollar bağışladı
1166 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Sandra Ballak Kaliforniya yanğınında zərər görmüş heyvanlar üçün xeyirxah addım atıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Sandra heyvanların qorunması üçün 100 dollarından keçib. O, heyvanların qorunma mərkəzlərindən biri ilə əlaqə saxlayaraq kömək etmək istədiyini bildirib. Bunun üçün o, mərkəzə 100 min dollar bağışlayıb.

Qeyd edək ki, noyabrın 8-dən Kaliforniyanın Paradayz şəhərində başlayan meşə yanğınları 50-dən çox insan ölüb, 3 nəfər xəsarət alıb. “Kemp” yanğını nəticəsində 8 mindən çox ev və tikili məhv olub. Yanğının tamamilə noyabrın 30-da söndürüləcəyi ehtimal olunur.