Vüsalə uşaqlıq şəklini paylaşdı: "6 yaşlı qara qız..."

Vüsalə uşaqlıq şəklini paylaşdı: "6 yaşlı qara qız..."
5418 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Vüsalə Əlizadə İnstaqram səhifəsində arxiv fotosunu paylaşıb.

Axşam.az xəbər verir ki, Vüsalə uşaqlıq şəklini 1 milyondan çox izləyicisi olan səhifəsində yerləşdirib.

O, fotonun 1990-cı ildə çəkildiyini və o zaman 1-ci sinifdə oxuduğunu qeyd edib:

"Hərdən bu balaca qız üçün çox darıxıram, təkliyə çəkilib onunla söhbət edirəm. O vaxtdan bu vaxta nələr dəyişdi, hansı arzuları çin oldu, harda oxu daşa dəydi, kimləri və nələri qazandı, kimləri və nələri itirdi... Niyə bu uşaqla dərdləşirəm? Çünki arzularının çiçəkləndiyi yaşdadır, çox saf, günahsız və qayğısızdır, məni məndən yaxşı tanıyır, unutduqlarımı o mənə xatırladır, mənim mən olmağımda o qara qızın çox əziyyəti olub. Uğurlarıma sevinib, kədərimə üzülən ağ-qara rənglərdən ibarət bir keçmiş var içimdə, 6 yaşlı qara qıza verdiyim bir sözü tutmaq iddiası var qarşımda... Sən ey uşaqlıq, sən bizdən uzaq düşdün artıq. De, seni kimlər apardı? Yad, soyuq əllər apardı... Bu gün uşaq olmaq istədim, bu hisslərimi sizinlə də paylaşmaq gəldi içimdən".