Xəbər verdiyimiz kimi, aktyor Furkan Andıç və Dilan Çiçek Deniz ayrılıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün tədbirlərdən birindən çıxarkən görüntülənən Furkan ayrılıq barədə danışıb:
“Ayrılıqdan sonra bir daha görüşməmişik. Amma dostluğumuz davam edəcək”.
Dilan isə onunla bağlı suallara belə cavab vermişdi:
"Bir-birimizi başa düşmədik və ayrıldıq. Küsülü deyilik, problemləri aramızda həll etdik. Hələ də çox sevdiyim və dəyər verdiyim biridir. Ona görə də bu haqda çox danışmayacam. Pis olmaq istəmirəm".