Evini 3,2 milyona satdı - Fotolar

Evini 3,2 milyona satdı -  Fotolar
1009 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Ceym Dornan Hollivudun Nikols-Kenon rayonunda yerləşən evini satıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, "mid-century" stilində olan evi "Bozun 50 çaları"nın ulduzu prodüser Vinsent Siberdən satın alıb.

Evdə bəzi dəyişikliklər edən Dornan onu 3,2 milyon dollara satıb. Aktyorun həyat yoldaşı Ameli Uornerlə hərdən dincəlməyə getdiyi villa 4 yataq, 3 vanna otağından ibarətdir. İstirahət üçün evdə fərqli guşə yaradılıb. Evdə böyük hovuz, spa-salon da yerləşirdi.  

Aktyor təmiz hava üçün bütün ətrafa güllər və ağaclar əkdirib.