Sərxoş aktrisa oteldə dava saldı və qovuldu

Sərxoş aktrisa oteldə dava saldı və qovuldu
1440 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Gizem Karaca Ümit Kantarcılarla baş rolda oynadığı “Bizim Semtin Çocukları” filminin çəkilişləri üçün Fethiyeyə yollanıb.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, gecə içib sərxoş olan aktrisa dava edib. Otel işçiləri dəhlizdə bağırmağa başlayan Karacayı sakitləşdirməyə çalışıblar.

Amma otel işçilərinin cəhdi baş tutmayıb. Filmin yaradıcı heyəti gələrək aktrisanı otağa aparmağa çalışıblar. Amma Gizem sakitləşməyib və daha da qışqırmağa başlayıb.

Otel sahibi aktrisanın qonaqları narahat etdiyini  deyərək, onu məkandan uzaqlaşdırıb. Filmin təşkilatçıları Karacanı başqa otelə aparmaq məcburiyyətində qalıblar.