Məşhur aparıcı öldü

Məşhur aparıcı öldü
1118 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli səs sənətçisi və TRT-nin aparıcısı Sayra Orkan vəfat edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ötən ay bağırsaqlarında qanama olduğu üçün xəstəxanaya yerləşdirilmişdi.

81 yaşlı Orkanın müalicələri davam etsə də bu gün səhər saatlarında dünyasını dəyişib.

Mərhum sənətçi sabah dəfn olunacaq.