Realda kök, İnstaqramda arıq - Şəbnəmin fotoşop sevgisi

Realda kök, İnstaqramda arıq -  Şəbnəmin fotoşop sevgisi
4171 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Şəbnəm Əsədova (Tovuzlu) son günlər fotoları ilə müzakirələrə səbəb olub. 

Axşam.az-ın məlumatına görə, sənətçi bir çox tədbirlərdə fotoqraflar tərəfindən görüntülənib. Amma nədənsə ifaçı özünün paylaşdığı şəkillərdə daha arıq görünür. Fotoqrafların lentə aldığı şəkillərdə isə sənətçinin xeyli artıq çəkisinin olduğu diqqətdən qaçmır. 

Şəbnəm özü də yayımladığı fotolarında hər dəfə fərqli ölçüdə görünür. Müğənni fotoşopdan istifadə edərək düzəltdiyi görüntülərində özü də bir ölçünü "tutuzdura" bilmir. Bəzən Əsədova özünü çox arıq, bəzənsə orta çəkidə edir.
 
Hətta sənətçinin bəzi şəkillərdə boyunu da uzatdığı diqqətdən qaçmayıb. Şəbnəm özünü çox arıqlatdığı şəkillərini paylaşanda isə şərh yerini bağlayır.

Qeyd edək ki, son günlər ifaçıların əksəriyyəti şəkillərini fotoşop etməklə gündəmə gəliblər.