Efirdə əri ilə görüşdüyünü düşündüyü qızını döydü - Video

Efirdə əri ilə görüşdüyünü düşündüyü qızını döydü -  Video
2364 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın birinci kanalında yayımlanan “Прямой эфир” proqramında gözlənilməz hadişə baş verib.

Axşam.az-ın məlumatına görə, verilişə gələn 63 yaşlı Yekaterina Tereşkoviç adlı qadın əri Qoqen Solnçeydən şikayət edib. O bildirib ki, əri onu plastik əməliyyat etməyə məcbur edib. Amma sonra onunla görüşməkdən və danışmaqdan qaçıb. 

Andrey Malaxovun proqramına gələn qadın ərini çox sevdiyini, ona geri qayıtmaq istədiyini söyləyib. Efir zamanı Yekaterina digər nikahdan olan qızının əri ilə görüşdüyündən şübhələnib. 

Qadın çəkiliş zamanı qızına hücum edib və onun burnunu zədələyib.

Daha sonra isə Qoqen arvadının da ona xəyanət etdiyini deyib. Hətta qadının telefonundan bir neçə kişi ilə yazışmalar göstərib.