"Qızımın üzünü heç vaxt göstərməyəcəm" - Namiq

"Qızımın üzünü heç vaxt göstərməyəcəm" -  Namiq
1955 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlu 3 yaşlı qızı Saradan danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "Hər şey daxil" verilişində bildirib ki, övladının üzünü heç vaxt göstərməyəck:

"Başqaları uşaqlarının fotosunu İnstaqramda paylaşır. Mən etmirəm, heç vaxt da göstərməyəcəm. Xarici ölkədə olanda övladıma paltar almıram. Çünki almaq işinə mən baxmıram. Əlbəttə ki, ölkədən kənarda olanda onu düşünürəm. Övlad elə bir varlıqdır ki, mən onun üçün düşünmədən canımı da verərəm. İndi 3 yaşı var".

Qeyd edək ki, Namiq qızının dünyaya gəlmə xəbərini 2016-cı ildə açıqlayıb. İfaçının ilk evliliyindən 2 oğul övladı var.